Apr
2020
14:34
359
38
3799
Virtual karabakh

“BİNƏ AQRO” şirkəti 2220 tənha ahıla ərzaq yardımı edir - FOTO

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 23 mart 2020-ci il tarixli qərarına əsasən, 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib.

Bunu nəzərə alaraq, tənha ahıl insanlara sosial xidmətlərin göstərilməsi, onların zəruri istehlak məhsulları ilə təmin edilməsi cəmiyyətimiz və biznes nümayəndələri qarşısında duran önəmli vəzifələrdəndir.

Bununla bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tənha ahıl vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi işlərini fəal şəkildə davam etdirir. 

“Binə Aqro” QSC bu kateqoriyadan olan insanlara diqqət, şəfqət və sosial dəstək hissini rəhbər tutaraq, onların istehlak zənbilinə daxil olan əsas məhsullarla təmin etmək təşəbbüsü ilə çıxış edib.

“Binə Aqro” Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 2220 tənha ahılın birdəfəlik qaydada ərzaq yardımı ilə təminatını həyata keçirəcək. 

Həyata keçirilən təşəbbüs xalqımızın milli-mənəvi dəyərlərinə sədaqətin nümunəsi olaraq, biznes nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti tərəfindən yaşadılan xeyriyyəçilik ənənələrinin davamlı olması yolunda atılan addımdır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri