Apr
2020
02:28
34
257
3982
Virtual karabakh

Xırdalanda iki avtomobil toqquşdu, xəsarət alan var

5 Apr, 2020
02:28
3982

Xırdalanda iki avtomobil toqquşdu, xəsarət alan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Nəzirli Nail Nazim oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Müayinə zamanı ona sol bud sümüyünün sınığı, sağ diz qapağının sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri