Apr
2020
18:34
24
468
12784
Virtual karabakh

Saray sakini avtomobilində vəfat edib

6 Apr, 2020
18:34
12784

Saray sakini avtomobilində vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saray sakini öz avtomobilində vəfat edib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Abşeron rayon, Saray qəsəbə sakini 1950-ci il təvəllüdlü M. Abbasov “VAZ 2107” markalı 10 EC 666 dövlət nömrəli avtomobildə Saray qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində hərəkət edirmiş. Saray qəsəbəsi ilə Sumqayıt şəhəri arasında qurulmuş buraxılış məntəqəsinin yaxınlığında sürücünün halı pisləşib və o sükan arxasında vəfat edib.

Avtomobildə M.Abbasov ilə bərabər, onun 1979-cu il təvəllüdlü oğlu Z.Abbasov da olub.

İlkin məlumata görə, M.Abbasov qaraciyər çatışmazlığından əziyyət çəkib, uzun illər dializ xəstəsi olub. O evdən 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına getmək üçün çıxıbmış.

Faktla bağlı Abşeron prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri