20 
Apr
2020
13:36
267
189
61965
Virtual karabakh

Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir? - RƏSMİ AÇIQLAMA + VİDEO

20 Apr, 2020
13:36
61965

Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir? - RƏSMİ AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində postların ləğv edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev  Xəzər TV-nin efirində bildirib ki, xüsusi karantin rejiminə görə rayonlararası yollarda stasionar postlar var. 

“Ayın 19-dan təşkil edilmiş bir neçə əlavə post var ki, onlar da hazırda fəaliyyət göstərir. Əsas etibarilə paytaxtın inzibati ərazisinə giriş-çıxışına nəzarət edən postlardır. Lakin Bakı şəhərində bu postların müxtəlif yerlərdə və müxtəlif vaxtlarda yerləri dəyişdirilir. Şərtlərdən asılı olaraq, bəzən bir küçədə, bəzən də digər küçədə və yolayrıclarında postlar quraşdırılır”.

“Hələlik quraşdırılan postların ləğv edilməsinə zərurət yoxdur. Gün ərzində yalnız nəqliyyat vasitələrinin sürücüləri tərəfindən 2000 qaydaları pozuntusu halı aşkarlanırsa, postların ləğvi tezdir.

Postlardan əlavə, DYP-nin əməkdaşları hərəkətdə olan istənilən nəqliyyat vasitələrini saxlayıb avtomobildəki sürücünü və sərnişini yoxlaya bilər”, - deyə şöbə rəisi qeyd edib. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri