30 
May
2020
08:12
32
261
8196
Virtual karabakh

Bakıda “Taxta bazarı”nda yanğın - FOTO/VİDEO

30 May, 2020
08:12
8196

Bakıda “Taxta bazarı”nda yanğın - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Dərnəgül yolunda, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən “Taxta bazarı”nda qeydə alınıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Nərimanov rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb edilib.

Ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. 

Alov qısa zamanda söndürülüb. Yanğının digər mağazalara keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Kamil Əmirli
Orxan Hüseynli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri