İyn
2020
10:27
48
87
1341
Virtual karabakh

Koronavirusla mübarizə aparan tibb və qeyri-tibb işçilərinə 13,1 milyon manat ödənildi

1 İyn, 2020
10:27
1341

Koronavirusla mübarizə aparan tibb və qeyri-tibb işçilərinə 13,1 milyon manat ödənildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 11 707 nəfərə - 9015 tibb işçisinə və 2692 qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. 

Agentlikdən Oxu.Az-a verilən xəbərə görə, Bakı şəhəri üzrə 140, respublikanın digər şəhər və rayonları üzrə 115 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq 13,1 milyon manat müddətli əlavə ödənilib. 

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə əlaqəli tibbi  profilaktik tədbirləri həyata keçirən 3124 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində - 1,9 milyon manat ödənilib.

Təcili tibbi yardım xidməti göstərən 3837 tibb işçisinə və bioloji materialın müayinəsi ilə məşğul olan 269 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində 6.3 milyon manat ödənilib.

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1785 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində 2.6 milyon manat ödənilib.

Məlumatda daha əvvəl 2692 qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.3 milyon manat müddətli əlavə verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri