İyn
2020
16:23
189
50
2531
Virtual karabakh

Bilərəkdən başqasını koronavirusa yoluxduran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar - XƏBƏRDARLIQ

4 İyn, 2020
16:23
2531

Bilərəkdən başqasını koronavirusa yoluxduran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar - XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bilərəkdən digər vətəndaşı koronavirusa yoluxduran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, karantin rejiminin bilərəkdən pozulması inzibati məsuliyyət yaratmır:

“Vətəndaşlar arasında bilərəkdən karantin rejiminin pozulması və bu səbəbdən digər şəxslərin virusa yoluxması birbaşa cinayət məsuliyyətidir. Biometrik faktorlarla bu kimi halların müəyyən edilməsi və cərimələrin tətbiq edilməsinə nə gərək var? İnsanlar birmənalı başa düşməlidirlər ki, polisin vəzifəsi cərimə tətbiq etmək deyil.

Monitorinqlərin nəticələrinə əsasən deyirəm ki, tibbi maskaların istifadəsinin tövsiyə xarakterli olduğu müddətdə kifayət qədər insan küçələrdə, ictimai nəqliyyat vasitələrində bu qoruyucu vasitədən istifadə etmirdi. Avtobusla hərəkət edən 15 nəfərdən maksimum 5-i tibbi maskadan istifadə edirdi. Bu məsələyə birmənalı olaraq ictimai nəzarət olmalıdır. 65 yaşdan yuxarı şəxslər də daxil olmaqla, hər kəs öz sağlamlığı üçün qaydalara riayət etməli, digərlərinə də bunları məsləhət görməlidir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri