16 
İyn
2020
14:19
30
340
8166
Virtual karabakh

Rusiyada öldürülən azərbaycanlı tələbənin meyiti vətənə göndəriləcək

16 İyn, 2020
14:19
8166

Rusiyada öldürülən azərbaycanlı tələbənin meyiti vətənə göndəriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada öldürülən 17 yaşlı vətəndaşımız, Volqoqrad Tibb Universitetinin tələbəsi Timur Qavrilovun meyiti Azərbaycana təhvil veriləcək.

Bu barədə TASS Volqoqrad vilayətinin istintaq orqanlarına istinadla xəbər yayıb.

İyunun 12-də axşam Volqoqradın Voroşilovski rayonunda Tibb Universitetinin birinci kurs tələbəsinin meyiti tapılıb. Hüquq-mühafizə orqanlarından gəncin Azərbaycan vətəndaşı olduğu bildirilib.

O, çoxsaylı bıçaq zərbələri nəticəsində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Hazırda müstəntiqlər və polislər cinayətkarı axtarır, onun bəzi əlamətləri müəyyən edilib.

Qeyd edilib ki, meyitin təhvili məqsədilə etibarnamə vermək üçün uzun müddət tələb edilir, mərhumun Volqoqradda qohumu yoxdur.

İyunun 15-də qubernator Andrey Boçarov qətlin açılmasına kömək edən şəxsə 1000000 rubl (24,5 min AZN - red.) mükafat verəcəyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri