30 
İyn
2020
12:20
32
300
17775
Virtual karabakh

Onkoloq: “Təbəssüm Məmmədovanın 20 faiz sağalma ehtimalı vardı”

30 İyn, 2020
12:20
17775

Onkoloq: “Təbəssüm Məmmədovanın 20 faiz sağalma ehtimalı vardı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəstə iyunun 8-də ağır vəziyyətdə xəstəxanaya daxil olub”. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının tibbi onkoloqu Altay Əliyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib. 

O bildirib ki, pasiyent xəstəxanaya çəki itkisi və qanqusma ilə müraciət edib:

“Qarın boşluğu, ağciyərdə və qarın boşluğunda ləkələr görünüb. Bundan əvvəl başqa klinikalara müraciət edilsə də, diaqnoz qoyula bilməyib. Bizim xəstəxanada xəstədən biopsi götürüldü və ona “koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub. Xəstə yaxınlarına mövcud vəziyyət, yəni xəstəliyin ağırlığı barədə ətraflı məlumat verilib”.

Həkim bildirib ki, bu, nadir xəstəlikdir və pasiyentin sağalması 20 faiz mümkün olur:

“Onkologiyada bu, çox az faiz olsa da, xəstə yaxınları üçün çox böyük ümid idi. Biz 8 iyunda ilk kimyaterapiyaya başladıq. Həmin gün qanaxma, qanqusma artdı. Müalicə prosesinə baxmayaraq, 17 gün içərisində xəstəni itirdik. Ailə yaxınlarına başsağlığı diləyirəm”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri