İyl
2020
14:58
20
404
7012
Virtual karabakh

Kürdə batan 17 yaşlı oğlanın meyiti tapıldı - YENİLƏNİB + VİDEO

3 İyl, 2020
14:58
7012

Kürdə batan 17 yaşlı oğlanın meyiti tapıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Kür çayında batan 17 yaşlı Şirvan şəhər sakinin meyiti bu gün tapılaraq ailəsinə təhvil verilib.

Baku TV xəbər verir ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində batan, 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlunun axtarışları başa çatıb.

Yeniyetmənin meyiti bu gün səhər saatlarında  FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

11:48

17 yaşlı oğlan Kürdə batıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlu batıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri