İyl
2020
16:27
19
316
6859
Virtual karabakh

“Ölkədə koronavirusun ikinci alovlanması gedir” - AÇIQLAMA

3 İyl, 2020
16:27
6859

“Ölkədə koronavirusun ikinci alovlanması gedir” - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün koronavirusun ikinci alovlanması baş verir”.

Oxu.Az xəbər verir ki, bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, xəstəliyin birinci dövründə yoluxma və ölüm sayı az idi:

“İkinci alovlanma dövründə, təəssüf ki, yoluxma və ölüm sayları artdı. Bu səbəbdən dövlət karantin rejimini sərtləşdirməyə məcburdur. Əgər əhalimizin 70-80 faizi bu virusa yoluxsa, bunun öhdəsindən gələ bilməyəcəyik.

Yalnız karantin rejimi qaydalarına riayət edilərsə, mübarizə apara bilərik. Maksimum xəstəliyə yoluxmadan qorunmaq lazımdır”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri