İyl
2020
10:13
14
174
2393
Virtual karabakh

Bakıda 30 yaşlı kişi küçədə bıçaqlandı

4 İyl, 2020
10:13
2393

Bakıda 30 yaşlı kişi küçədə bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda otuz yaşlı kişi küçədə bıçaqlanıb.

Trend-in məlumatına görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində naməlum şəxs qəsəbə sakini, 1990-cı il təvəllüdlü N.Ağayevi bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vəfadar Rəsulov tutulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi üzrə cinayət işinə başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri