İyl
2020
16:38
12
333
6759
Virtual karabakh

Azərbaycanda elektrik cərəyanı iki nəfərin ölümünə səbəb oldu - VİDEO

7 İyl, 2020
16:38
6759

Azərbaycanda elektrik cərəyanı iki nəfərin ölümünə səbəb oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki şəhəri, Sarabski küçəsindəki fərdi yaşayış evlərinin birində yüksək gərginlikli elektrik xəttinin altında yerləşən fərdi yaşayış evinin dam örtüyünü quraşdıran usta, Şəki şəhər sakini 32 yaşlı Nəriman Mustafayev faciəvi şəkildə ölüb.

N.Mustafayev aldığı ağır elektroşok xəsarətindən hadisə yerində vəfat edib. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparıb, təcili tibbi yardım xidmətinin əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə təhvil verib. 

Daha bir cərəyan vurma hadisəsi Sabirabadda baş verib. Rayonunun Rüstəmli kənd sakini, 28 yaşlı Kamran Paşazadə həyətyanı sahəsində quraşdırdığı su nasosunu nizamlayarkən elektrik cərəyanı onu vurub. O, hadisə yerindəcə keçinib. 

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri