10 
İyl
2020
02:44
31
134
8170
Virtual karabakh

Karantində olmayan rayonlarda son vəziyyət - VİDEO

Şamaxı rayonunda xüsusi karantin rejmi tətbiq olunmasa da, insanlar bu məsələyə daha ciddi yanaşır. Rayon sakinlərinin bazar və marketlərdə, o cümlədən ictimai nəqliyyatdan istifadə edərkən qoruyucu maskalardan istifadə etməsi diqqət çəkir. Bank və poçt önlərində qorunan sosial məsafə isə təhlükəyə qarşı olan qabaqlayıcı addımdır. Bu səbəbdəndir ki, rayonda COVİD-19 pandemiyasına yoluxma xeyli aşağıdır.

Bu günə qədər Şamaxı rayon Mərkəzi xəstəxanasına müraciət etmiş dörd minə yaxın vətədaşdan yaxma götürülüb ki, onlardan 83 nəfərinin test nəticəsi pozitiv çıxıb.

Quba da karantin qaydalarının sərtləşdirilmədiyi rayonlardandır. Amma bununla belə, hər kəs özünü qorumalıdır ki, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısı alınsın. Bəs insanlar qoyulan qaydalara əməl edirmi?

Çəkiliş zamanı əksər sakinlərin maskadan istifadə etdiyini müşahidə etdik. Rayonda taksi və avtobuslarda sürücülərlə sərnişinlər arasında şəffav arakəsmələr çəkilib. Sərnişinlərə marşrut avtobuslarından istifadə zamanı tibii maska tələb olunur.

Qubada operativ qərargah tərəfindən yaradılan mobil qruplar tərəfindən reydlər keçirilir. Əhalinin daha sıx toplaşdığı ərazilərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Amma bununla belə, yenə də özünün və digər vətəndaşların sağlamlığını düşünməyənlər də var. Keçirilən reydlər zamanı karantin qaydalarını pozan gözəllik salonu, öz yaşadığı ərazini tərk edərək paytaxtdan rayona dincəlməyə gələn şəxslər də aşkar olunub. Rayonda elan edilən rejim qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunub.

Qaxda şəhər mərkəzində və rayonun kəndlərində polis əməkdaşları tərəfindən nəzarət artırılıb. Sərt karantinin tətbiq olunduğu rayonlardan fərqli olaraq, burada sadəcə vətəndaşlardan sosial məsafənin saxlanılması, tibbi maskadan istifadə və beş nəfərdən artıq bir yerə toplaşmamaq tələb olunur. Kafelər, restoranlar, gözəllik salonları və bərbərxanalar, həmçinin tikinti materialları və xırdavat dükanları da işləyir. Polis əməkdaşları vətəndaşların çox toplaşdığı yerlərdə, dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində və digər ictimai yerlərdə karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırırlar.

Bir neçə gün öncə rayon ərazisində keçirilən növbəti reyd zaman sərt karantin tətbiq edilən şəhər və rayonlardan müxtəlif yollarla qanunsuz olaraq Qaxa istirahətə gələn sürücü və sərnişinlər də cərimələnib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri