11 
İyl
2020
13:25
124
200
6604
Virtual karabakh

Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olundu - FOTO/VİDEO

11 İyl, 2020
13:25
6604

Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olundu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyası ilə mübarizədə bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq, Bakı şəhərindən rayonlara qanunsuz olaraq sərnişin daşıyan sürücü saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bu qanunsuz fəaliyyətlə məşğul olan Şamaxı şəhər sakini Anar Ədilov tutulub. O, idarə etdiyi “Opel” markalı avtomobillə karantin postundan kənar yollarla iki nəfər sərnişini Şamaxı rayonuna aparan zaman Abşeron rayonu ərazisində saxlanılıb.

Araşdırma zamanı maşında olan sərnişinlər Nicat İbadov və Şahin Əzizovun da xüsusi karantin qaydalarını pozduqları məlum olub.

Hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə Anar Ədilov 20, avtomobildə olan sərnişinlərin hər biri 10 sutka müddətinə inzibati qaydada həbs ediliblər. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri