13 
İyl
2020
14:32
15
172
1688
Virtual karabakh

Bakıda narkotik alverçisi yataqxananı qarət etdi

13 İyl, 2020
14:32
1688

Bakıda narkotik alverçisi yataqxananı qarət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin digər cinayəti üzə çıxıb.

Trend-in məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, 1987-ci il təvəllüdlü Nicat Həsənov saxlanılıb.

Üzərinə baxış keçirilərkən ondan 0,493 qram metanfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, o, rayonun Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən yataqxanadan ev sahibinə məxsus, dəyəri 350 manat olan qızıl üzük və 1 200 manatlıq məişət əşyaları oğurlayıb.

Faktla bağlı cinayət işinə başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri