13 
İyl
2020
17:26
568
185
6135
Virtual karabakh

Kubadan 115 mütəxəssisdən ibarət həkim qrupu Azərbaycana gətirildi - FOTO

İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirib.

Bu barədə AZAL-ın dərc etdiyi məlumatda deyilir.

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim qrupu gətirilib.

Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimlərlə birgə pandemiya qarşı mübarizə tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, bu uçuş “Azərbaycan Hava Yolları” aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşrtu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur.

Uçuş genişfüzelyajlı “Boeing 787” tipli təyyarəsi vasitəsilə həyata keçirilib. Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11 880 km təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri