15 
İyl
2020
17:17
38
374
10988
Virtual karabakh

Onkoloji klinikanın yaxınlığında yaşayış binasının tikintisi narahatlıq yaratdı - RƏSMİ AÇIQLAMA

15 İyl, 2020
17:17
10988

Onkoloji klinikanın yaxınlığında yaşayış binasının tikintisi narahatlıq yaratdı - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tibb Universitetinin Onkoloji Klinikasının yaxınlığında tikilən bina narazılığa səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb. Kadrlarda ATU-nun Onkoloji Klinikasının laboratoriyasının yaxınlığında iki yanaşı binanın tikildiyi görülür.

Binanın çox əlverişsiz yerdə inşa edilməsi narazılığa səbəb olub. Binalardan birinin eyvanı digər binanın divarına baxır. Hər kəsə maraqlıdır ki, bu binaların tikintisi başa çatdıqdan sonra orada kim yaşayacaq? Ümumiyyətlə, bu ərazidə yaşayış binasının inşası əlverişlidirmi? Tikinti zəruri qaydalara cavab verirmi?

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu Oxu.Az-ın sorğusunu cavablandırıb. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Orxan-TİT” MMC-yə Nərimanov rayonu, M.Sənani küçəsi, 13 və 15 saylı ünvanlarda yerləşən şəxsi torpaq sahəsində və ona bitişik ərazidə yaşayış binasının layihələndirmə işlərinin aparılması üçün sərəncam 2015-ci il 29 dekabr tarixində verilib.

Müvafiq sərəncam nəzərə alınmaqla tikinti layihəsi razılaşdırıldıqdan sonra 2016-cı il 15 dekabr tarixində sözügedən ünvanda yaşayış binasının tikintisinə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri