16 
İyl
2020
03:46
14
224
3030
Virtual karabakh

Bakıda avtomobil piyadanı vurdu

16 İyl, 2020
03:46
3030

Bakıda avtomobil piyadanı vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, “VAZ-21011” markalı avtomobil Zığ dairəsində yolu keçən 1988-ci il təvəllüdlü Əsədov Famil Fədail oğlunu vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri