29 
İyl
2020
09:52
138
22
1753
Virtual karabakh

İki inək və altı qoyun oğurlamış şəxslər saxlanıldı

29 İyl, 2020
09:52
1753

İki inək və altı qoyun oğurlamış şəxslər saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyul ayı ərzində rayon ərazisindəki kənd və qəsəbədən mal-heyvan oğurlayaraq, vətəndaşlara maddi zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyul ayında bir qrup rayon sakini Beyləqan RPŞ-yə ərizə ilə müraciət edərək, onlara məxsus iri və xırdabuynuzlu heyvanların oğurlandığı barədə məlumat veriblər.

Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişə məxsus tövlədən ümumi dəyəri 1800 manat olan iki baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən rayon sakini Pərviz Cəfərov saxlanılıb.

Bundan başqa, keçirilmiş digər tədbirlərlə Beyləqan rayon ərazisindəki otlaq sahələrinin birindən qoyun oğurlayan Biləsuvar rayon sakini Cəmaləddin Xammədov saxlanılıb.

Araşdırmalarla onun altı baş qoyun oğurlamaqla zərərçəkmişə 1200 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edib.

Faktlarla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri