Avq
2020
17:59
70
540
2946
Virtual karabakh

Sərt karantin günlərində 667 nəfər cərimələnib - VİDEO

Xaçmazda sərt karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.

Baku TV xəbər verir ki, rayonda ümumilikdə sərt karantin rejiminin tətbiq edildiyi vaxtdan 667 nəfər cərimələnib. 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Reyd zamanı mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi vurğulanıb.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərə mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub. Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokollar tərtib edilib, onlar cərimələniblər.

Rayonda keçirilən reyd zamanı gün ərzində 10-a yaxın, sərt karantin rejiminin tətbiq edildiyi vaxtdan isə ümimilkdə 667 karantin qaydası pozulması halına rast gəlinib və həmin şəsxlər inzibati qaydada cərimə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri