Avq
2020
17:13
18
169
3326
Virtual karabakh

“Qaçqınkom”dan “Turbaza”dakı sürüşmə ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

8 Avq, 2020
17:13
3326

“Qaçqınkom”dan “Turbaza”dakı sürüşmə ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 8-də Mingəçevir şəhərindəki keçmiş turist bazasında (“Turbaza”), məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazidə torpaq sürüşməsi baş verib.

Bununla bağlı Oxu.Az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin nümayəndələri hadisə yerində olublar.

Hadisə nəticəsində ikisi Ağdam, biri Kəlbəcər rayonundan olmaqla üç məcburi köçkün ailəsinin müvəqqəti yaşayış yerinə ziyan dəyib. Dövlət Komitəsi həmin yaşayış yerlərində qısa müddətdə zəruri təmir-bərpa işləri aparacaq.

Mingəçevir şəhərindəki “Turbaza” adlanan ərazidə 50-yə yaxın məcburi köçkün ailəsi yaşayır. Bu ailələrin əksəriyyəti Ağdam və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərdir.

Onların yeni yaşayış sahələrinə köçürülməsi məsələsinə bölgədə məcburi köçkünlər üçün gələcəkdə yeni qəsəbələr salınarkən mövcud qaydalar çərçivəsində baxılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri