11 
Avq
2020
12:01
224
26
2055
Virtual karabakh

Kirayə qaldığı evlərdən oğurluq edən şəxs tutuldu - VİDEO

11 Avq, 2020
12:01
2055

Kirayə qaldığı evlərdən oğurluq edən şəxs tutuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda kirayə yaşadığı mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Məhəmməd Abdullayev tutulub. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs kirayə yaşadığı mənzillərin sahiblərinə məxsus məişət əşyalarını oğurlayıb.

Bu üsulla Məhəmməd Abdullayev Abşeron rayonunda bir neçə kirayə mənzil verən şəxsə ziyan vurub. Onun barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. 

Saxlanılan şəxsin başqa analoji cinayətlər törətdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, Abşeron Rayon Polis İdarəsinə və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri