13 
Avq
2020
17:06
212
31
3999
Virtual karabakh

Bakıda yeni tikilən binalardakı mənzillərə çıxarış verildi - VİDEO

13 Avq, 2020
17:06
3999

Bakıda yeni tikilən binalardakı mənzillərə çıxarış verildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri üzrə istismarına icazə verilmiş 44 yaşayış binasını inşa edən şirkətlərin təşkilati-hüquqi formanı düzgün seçməməsi səbəbindən bir sıra yaşayış binalarındakı mənzillərin sənədləşdirilməsində problem yaranmışdı. 

Dövlət başçısının fərmanına əsasən, vətəndaşların rahahtlığını təmin etmək məqsədilə artıq bu problem həllinə qovuşmağa başlayıb. Artıq bu evlərin sənədləşməsində də problem olmayacaq, 16 595 mənzilin sənədləşməsinə şərait yaradılıb. 

İqtisadiyyat nazirliyinin şöbə müdiri Anar Rzayev Baku TV-yə bildirib ki, mənzillərin nazirliyin müvafiq strukturunda səyyar qeydiyyatı Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrası çərçivəsində həyata keçirilir:

“Fərman imzalandığı gündən indiyədək istismarına icazə verilmiş, müxtəlif mənzil-tikinti kooperativlərinin inşa etdiyi 279 yaşayış binasında 22322 mənzilə elektron çıxarış verilib.

Bu prosesin davamı olaraq, iyulun 24-dən bu günədək “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində artıq altı ünvanda səyyar sənəd qəbulu aparılıb. Növbəti sənəd qəbulu isə avqustun 14-də Binəqədi rayonu, 7-ci mkr-nun müvafiq ünvanlarında keçiriləcək”. 

Fərman imzalandığı gündən indiyədək İqdisadiyyat nazirliyi yanında əmlak məsələləri Dövlət xidməti tərəfindən istismarına icazə verilmiş, müxtəlif mənzil-tikinti kooperativlərinin inşa etdiyi 279 yaşayış binasında 22322 mənzilə elektron çıxarış verilib. 

Bu gün də Yasamal rayonu ərazisində yaşayan sakinlər mənzillərinin çıxarışını almaq üçün sənədlərini təqdim ediblər.

Bakıda istismarına icazə verilən yeni binalardakı mənzillər çıxarışla təmin olunduqdan sonra isə proses Xırdalan, Yevlax və Gəncə şəhərlərində davam etdiriləcək.

Prosesin daha çevik və vətəndaşlar üçün rahat formada keçirilməsi məqsədi ilə əvvəldən elan olunmuş ünvanlarda sənədlərin qəbulu mütəmadi olaraq keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri