Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağcabədidə qaydaları pozan 10 velosipedçi cərimə edildi
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən reydin əsas məqsədi velosiped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarətin gücləndirilməsidir.
Gələcəkdə velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb.
Eyni zamanda, ciddi qayda pozuntusuna yol verən velosipedçilər saxlanılıb.
Kobud şəkildə qaydaları pozan 10 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib edilib.
"Ağcabədi" teqi üzrə xəbərlər
- Yas çadırı qurub geri qayıdırlarmış - 6 nəfərin həlak olduğu qəzanın TƏFƏRRÜATI
- Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
- Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi
- Ağcabədidə qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb