14 
Avq
2020
17:48
56
102
2969
Virtual karabakh

Azərbaycanda yeni xəbər mübadiləsi sistemi istifadəyə verildi

14 Avq, 2020
17:48
2969

Azərbaycanda yeni xəbər mübadiləsi sistemi istifadəyə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir dünyada informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və müxtəlif sahələrə nüfuz edərək insanların həyatını daha da asanlaşdırır, vaxt və digər resurslara qənaət etməyə imkan verir.

Bu inkişaf informasiyaların yayılması prosesini də sürətləndirib. Bunun nəticəsidir ki, hazırda insanlar dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq hadisələrdən qısa müddət ərzində xəbər tuta bilirlər.

Azərbaycanda da xəbər saytları, bu sahədə olan digər platformalar daim yenilənir, inkişaf edir. Artıq ölkəmizdə portalların istehsal etdikləri xəbərləri daha geniş oxucu auditoriyasına çatdırmağa imkan verən yeni sistem fəaliyyətə başlayıb.

RSS.az sistemi bu platformaya qoşulan saytlara digər saytlardan oxucu cəlb etməyə imkan yaradır. Bu, sistemə qoşulan bir saytdan digərinə keçid formasında mümkün olur.  

Layihənin əsas məqsədi agentlik və xəbər portallarının istehsal etdiyi məhsulları bir platformada birləşdirmək, eləcə də KİV-lər arasında bu sistem vasitəsilə əməkdaşlıq yaratmaqdır. Bu zaman xəbər portalları öz məlumatlarını mübadilə etmiş olacaqlar. 

Ölkəmizin informasiya məkanında fəaliyyət göstərən xəbər portalları RSS.az sistemində qeydiyyatdan keçə və sorğu yerləşdirə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri