Sen
2020
09:54
168
12
2864
Virtual karabakh

Xaçmazda “Fedya” ləqəbli narkotacir saxlanıldı - FOTO

8 Sen, 2020
09:54
2864

Xaçmazda “Fedya” ləqəbli narkotacir saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Fedya” ləqəbi ilə tanınan Mürşüdoba kənd sakini Fədai Həsənov şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan sellofan torbada təmiz çəkisi 510 qram olan narkotik maddə heroin, bir ədəd elektron tərəzi, eləcə də narkotik maddələrin satışından əldə etdiyi 780 manat pul maddi sübut kimi aşkarlanaraq götürülüb.  

Dindirilmə zamanı Fədai Həsənov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib. 

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri