16 
Sen
2020
11:17
112
19
928
Virtual karabakh

Azərbaycanda təmassız ödəniş kartlarının sayı 3,6 dəfə artıb - RƏSMİ

16 Sen, 2020
11:17
928

Azərbaycanda təmassız ödəniş kartlarının sayı 3,6 dəfə artıb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Nağdsız Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində 2018-ci il ilə müqayisədə təmassız ödəniş kartların sayı 3,6 dəfə artaraq, 2,4 milyona çatıb.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov açıqlama verib. 

O bildirib ki, ölkəmizdə ödəniş ekosisteminin rəqəmsallaşdırılması və nağdsız ödənişlərin inkişafı məqsədilə Mərkəzi Bank tərəfindən “Nağdsız Azərbaycan” layihəsi çərçivəsində genişmiqyaslı dövlət proqramı reallaşdırılır:

“Artım dinamikası və nağdsız ödənişlərə yüksək bazar tələbatını nəzərə alaraq, təmassız kartların funksional imkanlarının tam həcmdə istifadəsi məqsədəuyğundur. Əminəm ki, dəmiryolu nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqi layihəsinin uğurla həyata keçirilməsi, bu həllin ölkəmizdəki digər nəqliyyat növlərində də tətbiqinə əlverişli şərait yaradacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri