23 
Sen
2020
10:00
15
151
1687
Virtual karabakh

Milli Park ərazisində elektrik cərəyanı ilə balıq ovladı

23 Sen, 2020
10:00
1687

Milli Park ərazisində elektrik cərəyanı ilə balıq ovladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Parkın ərazisində elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.

Keçirilən tədbir zamanı Masallı rayonunun Qızılağac kəndi istiqamətində Milli Parkın kiçik su sahəsində elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan Masallı rayon sakini A.Həsənov saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və ov zamanı istifadə etdiyi digər alətlər, həmçinin, qanunsuz olaraq tutduğu balıqlar aşkar olunaraq götürülüb.

A.Həsənovun təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri