25 
Sen
2020
13:44
40
186
4988
Virtual karabakh

Bakıda qəza şəraiti yaradan yol nişanının yeri dəyişdirildi - YENİLƏNİB + VİDEO

25 Sen, 2020
13:44
4988

Bakıda qəza şəraiti yaradan yol nişanının yeri dəyişdirildi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunda Sarayevo küçəsi ilə Məzahir Rüstəmov küçəsinin kəsişməsində işıqforun qarşısında qoyulan yol nişanının yeri dəyişdirilib. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mias Ağayev məlumat verib. 

O bildirib ki, sözügedən ünvanda işıqforun görünməsinə mane yaradan hal artıq aradan qaldırılıb.

11:06

Bakının Xətai rayonunda Sarayevo küçəsi ilə Məzahir Rüstəmov küçəsinin kəsişməsində işıqforun düzgün quraşdırılmaması qəza şəraiti yaradır.

Bununla bağlı lentə alınan videogörüntü Oxu.Az-ın redaksiyasına göndərilib. 

Sözügedən küçələrin kəsişməsində sol tərəfdə “baş yol” nişanı qoyulub. Nişanın arxasında isə işıqfor var. Uzaqdan gələn sürücü heç bir halda yol nişanının arxasında işıqforun olub-olmadığını görmür.

Yalnız yolayrıcına yaxınlaşdıqdan sonra orada işıqforun olduğu görülür, bu isə qəza şəraiti yaradır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri