26 
Sen
2020
11:46
191
17
1502
Virtual karabakh

Qaxın turizm marşrutu məişət tullantılarından təmizlənib - FOTO

26 Sen, 2020
11:46
1502

Qaxın turizm marşrutu məişət tullantılarından təmizlənib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Qaxın Ləkit kəndində yerləşən Mamırlı şəlaləsinin ərazisi məişət tullantılarından təmizlənib.

Bu barədə Oxu.Az-a Dövlət Turizm Agentliyindən məlumat verilib. 

Bildirilib ki, ərazidə təmizlik işləri Şəki Destinasiya Menecmenti Təşkilatının təşəbbüsü və Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib. Ümumdünya Turizm Günü ilə əlaqədar təşkil olunmuş aksiya çərçivəsində kənddən şəlalə istiqamətinə gedən yol və şəlalənin ətraf əraziləri məişət tullantılarından təmizlənib.

Şəki Destinasiya Menecmenti Təşkilatı tərəfindən hazırlanmış təmizliyə riayət edilməsi və ətraf mühitə qarşı daha diqqətli olunması ilə bağlı xəbərdarlıq lövhələri, yol nişanları və zibil konteyneri kənd ərazisində yerləşdirilib.

Pandemiya dövründə təmiz və sağlam mühitdə istirahət etmək, turizm marşrutlarının təmizlənməsi və təmiz saxlanılması məqsədini daşıyan aksiyada turizm könüllüləri və kənd icra nümayəndələri iştirak ediblər.

Təmizlik aksiyasının digər məqsədi ziyarətçiləri təmizliyə riayət etməyə çağırmaq, məlumatverici lövhələrlə təbiət abidəsinin əhəmiyyətini sakinlərə və turistlərə çatdırmaq, xarici və yerli turistlərin ərazidə hərəkətini asanlaşdırmaqdır.  

Qeyd edək ki, Mamırlı şəlaləsi Qaxın Ləkit kəndinin ən çox ziyarət olunan turistik məkanlarından biridir. Şəlalə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Qax Təbiət Abidəsi olaraq dövlət tərəfindən qorunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri