13 
Okt
2020
12:41
378
13
2131
Virtual karabakh

Elektron bank xidmətləri üzrə məxfiliyin tam qorunması təmin edilib

13 Okt, 2020
12:41
2131

Elektron bank xidmətləri üzrə məxfiliyin tam qorunması təmin edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İdentifikasiya Sistemi artıq real istismara verilib.

Mərkəzi Bankdan verilən məlumata əsasən, Rəqəmsal İdentifikasiya Sistemi IBM şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində yaradılıb. 

Qeyd edilən layihə çərçivəsində ölkədə ilk dəfə “Hyperledger Fabric” blokçeyn platforması tətbiq edilib və məlumatların həmin paylanılmış reyestr texnologiyasına əsaslanan verilənlər bazasında tam məxfiliyi qorunmaqla saxlanılması təmin edilib.

Eyni zamanda, təklif olunan elektron bank xidmətlərinin əhatə dairəsinin artırılması, “müştəri-bank” münasibatlərinin daha müasir müstəvidə qurulması, həmin xidmətləri ən son texnoloji həllər üzərində yaradaraq keyfiyyətcə yeni mərhələyə qaldırılması və bununla da müştəri məmnunluğunun yüksəldilməsi əsas hədəflərdən biri olub.

Layihə çərçivəsində hüquqi və fiziki şəxslər tərəfindən məsafədən maliyyə-bank xidmətləri əldə edilən zaman “Öz Müştərini Tanı” siyasətinə uyğun olaraq onların identifikasiya edilməsi ilə pilot olaraq bank hesablarının açılması və ödəniş kartlarının əldə olunması imkanı yaradılıb.

Bununla da şəxslərin banka yaxınlaşmadan məsafədən bank xidmətlərinin operativ şəkildə əldə edilməsi, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsi zərurətinin aradan qaldırılması, o cümlədən məlumatların tamlığı, əlçatanlığı və məxfiliyi təmin edilib.

Sözügedən rəqəmsal bank xidmətləri RİS-in xüsusi təyinatlı altsistemlərinin müvafiq internet səhifələri və mobil tətbiqi vasitəsilə əlçatandır.

Gələcəkdə adıçəkilən sistemin funksional imkanlarının və əhatə dairəsinin genişləndirilməsi, o cümlədən xidmət təchizatçılarının sayının və göstərilən rəqəmsal xidmətlərin çeşidinin artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri