18 
Sen
2014
11:39
5
2
971
Virtual karabakh

Sevinc Osmanqızı APA-ya keçdi

18 Sen, 2014
11:39
971

Sevinc Osmanqızı APA-ya keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əgər gələcəkdə şərtlərimiz uyğun olarsa...”.

Bir neçə gün öncə ANS TV-dən ayrılan tanınmış jurnalist Sevinc Osmanqızı yenidən Azərbaycan mətbuatı ilə əməkdaşlıq etməyə başlayıb.

Oxu.Az xəbər verir ki, AzVision.az-ın məlumatına görə, xanım jurnalist APA İnformasiya Agentliyinin Vaşinqton üzrə xüsusi müxbiri kimi fəaliyyətini davam etdirəcək. 

Bu xəbəri “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı da təsdiqləyib. O, bildirib ki, agentlik artıq Sevinc Osmanqızı ilə əməkdaşlığa başlayıb:

“Sevinc Osmanqızı ilə əməkdaşlıq etməyə başladıq. Əgər gələcəkdə şərtlərimiz uyğun olarsa, onun şərtləri bizi qane edərsə, eləcə də bizim şərtlərimizlə o razılaşarsa Sevinc Osmanqızı tam ştatlı işçimiz olacaq”,- deyə V.Mahirqızı qeyd edib. 

Qeyd edək ki, Sevinc Osmanqızı 2008-ci ildən ANS televiziyasında işləyib. ANS-in Vaşinqton bürosunun rəhbəri olmazdan əvvəl televiziyanın Xəbərlər Redaksiyasının Baş Redaktoru işləyib. ANS-də yayımlanan “Cümə Sevinc Osmanqızı ilə” ictimai-siyasi verilişin və “Açıq söhbət Sevinc Osmanqızı ilə” siyasi debat proqramının aparıcısı olub. Osmanqızı ANS-də çalışdığı illərdə Amerikanın “CNN” telekanalında Azərbaycana dair layihələri ilə də yadda qalıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri