21 
Noy
2020
15:43
670
16
5598
Virtual karabakh

İbrahim Nəbioğlu Ermənistanın din xadimini ifşa etdi - FOTO

21 Noy, 2020
15:43
5598

İbrahim Nəbioğlu Ermənistanın din xadimini ifşa etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın İstanbuldakı sabiq baş konsulu İbrahim Nəbioğlu sosial media hesabından Ermənistanın din xadimi ilə bağlı paylaşım edib.

Paylaşımda Kəlbəcər rayonunda yerləşən Dadivank kilsəsinin rahibi Hovanes Havanisyanın əli silahlı formada fotosu əks olunub. 

Fotodan məlum olduğu kimi, Hovanes Havanisyan 28 il bundan əvvəl Qarabağda azərbaycanlı dinc əhalini qətlə yetirib.

Sabiq baş konsul fotonu belə şərh edib: “Sizin hər şeyiniz saxtadır - ölkəniz, tarixiniz, həbəşlərdən oğurladığınız əlifbanız. Ən pisi isə mənəviyyatınızın, məsumiyyətinizin saxta olmasıdır. Din insanları belə Ermənistanda saxtadır”.      

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri