26 
Noy
2020
13:48
1140
26
7354
Virtual karabakh

Fransa səfirliyi qarşısında aksiya keçirilib - VİDEO/YENİLƏNİB

26 Noy, 2020
13:48
7354

Fransa səfirliyi qarşısında aksiya keçirilib - VİDEO/YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Fransanın Azərbaycandakı səfirliyinin qarşısında keçirilən aksiyada iştirakçılar iki ölkə arasındakı münasibətlərə yenidən baxılmasını tələb ediblər. 

Aksiya iştirakçıları ötən gün Fransa senatının qəbul etdiyi qətnamənin ATƏT-in Minsk qrupunun üzvü olan Fransanın vasitəçilik missiyasına uyğun olmadığını bildiriblər. 

Səfirlik qarşısına toplaşan insanlar qəti şəkildə Fransa senatının belə bir mövqe bildirməsini pisləyib. Eyni zamanda ATƏT üzvlərinin Fransanın vasitəçilik missiyasına yenidən baxılması məsələsi irəli sürülüb. Bundan sonra Fransa ilə Azərbaycan arasında münasibətlərin əvvəlki  kimi olmayacağını səsləndirən aksiya iştirakçıları, hətta diplomatik əlaqələrin yenidən gözdən keçirilməsi ilə bağlı şüarlar səsləndiriblər.

12:21

Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, aksiyada iştirak edənlər Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qəbul etdiyi qətnamənin qəbul edilməsinə etirazlarını bildiriblər. 

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri