30 
Noy
2020
08:30
770
25
7500
Virtual karabakh

Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər - VİDEO

30 Noy, 2020
08:30
7500

Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğal altından azad olunan ərazilərimizdə daha bir avtomobil yolunun çəkilməsi üzrə layihələndirmə işlərinə başlanılıb.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, yeni qurulacaq yol Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yoludur: 

“Yol ümumilikdə Hacıqabul-Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yolu olacaq. Hacıqabuldan Horadiz istiqamətində ikinci dərəcəli yol yenidən qurulub və normal vəziyyətdədir.

Horadizdən Ermənistan sərhədinə qədər avtomobil yolu isə torpaqlarımız işğal altında olarkən dağıdılıb və bərbad vəziyyətə salınıb. Ərazidə yeni yolun tikintisinə ehtiyac var. Layihələndirmə başa çatandan sonra aidiyyəti qurumlara təqdim ediləcək. Layihə təsdiq olunandan sonra inşaat işlərinə başlana bilər”.

A.Nəcəfli deyib ki, bu yol gələcəkdə Ermənistan sərhədindən Naxçıvan istiqamətinə də çəkilə bilər.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri