Dek
2020
08:07
10
329
3094
Virtual karabakh

Goranboyda güclü yanğın: Ev sahibi öldü, həyat yoldaşı xəstəxanalıq oldu - YENİLƏNİB + FOTO

2 Dek, 2020
08:07
3094

Goranboyda güclü yanğın: Ev sahibi öldü, həyat yoldaşı xəstəxanalıq oldu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyun Kürək-Çay qəsəbəsində fərdi yaşayış evində baş verən güclü yanğın söndürülüb.

APA-nın məlumatına görə, yanğın zamanı dünyasını dəyişən ev sahibi A.Verdiyevin həyat yoldaşı da yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

06:50

Goranboyda güclü yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb.

Taxta materialdan inşa edilmiş yanan ev qəsəbə sakini Altay Verdiyvə məxsusdur. Dərhal hadisə yerinə FHN-in Goranboy rayonunun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

A.Verdiyevin meyiti FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ərazidə evlər bitişik olduğundan yanğın yaxınlıqdakı 3-4 evə də keçib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Yanğının qaz sızmasından baş verdiyi bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri