Dek
2020
11:00
214
16
1389
Virtual karabakh

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanıldı - FOTO/VİDEO

2 Dek, 2020
11:00
1389

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və onun həyat yoldaşı Gülnarə Heydərova koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduqları halda yaşadıqları evi tərk etmələri aşkarlanıb. Onlar müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndəriliblər.

Həmin şəxslər barəsində Ağstafa RPŞ-də araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri