Dek
2020
16:19
347
46
2894
Virtual karabakh

Bakıda əmək fəaliyyəti ilə məşğul olan aktiv koronavirus xəstəsi saxlandı - VİDEO

3 Dek, 2020
16:19
2894

Bakıda əmək fəaliyyəti ilə məşğul olan aktiv koronavirus xəstəsi saxlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi saxlandı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi - Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

Onun barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri