Dek
2020
21:00
496
26
1342
Virtual karabakh

Könüllülərin “Azərbaycan - Türkiyə həmrəylik görüşü” baş tutub - FOTO

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyənin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə “Gənc Könüllülərin Azərbaycan-Türkiyə Həmrəylik Görüşü” baş tutub.

Tədbirdə hər iki qurumun nəzdində fəaliyyət göstərən eyniadlı Gənc Könüllülər hərəkatlarının 500-ə yaxın üzvü onlayn şəkildə iştirak edib.

Çıxışlarda “Bir millət, iki dövlət” şüarına uyğun iki ölkə arasındakı qardaşlıq münasibətləri, ortaq milli-mənəvi dəyərlər, mədəniyyət və dil barədə çıxışlar edilib, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi Türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunduğu qeyd olunmuş, şəhid olan əsgər və zabitlərin əziz xatirəsi yad edilib.

Görüş istedadlı gənc könüllülərin öz bacarıqlarını nümayiş etdirməsi və həyatın müxtəlif sahələrinin inkişafına təkan verən innovativ ideyalarını səsləndirməsi ilə davam etdirilib.

Görüşdə iştirak edən hər iki qurumun nümayəndələri gələcəkdə Azərbaycan və Türkiyə gənclərinin və könüllülərinin təcrübə mübadiləsinin təşkil olunması üçün birgə layihələr həyata keçirəcəklərini bildirdilər.

Ortaq əməkdaşlıq və birgə layihələr barəsində ictimaiyyətə əlavə olaraq məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri