Rusiya nümayəndə heyəti Azərbaycanda Rusiyanın “Sputnik V” peyvəndinin istehsalını, eləcə də “Sputnik V” – “AstraZeneca” peyvəndi ilə birləşməsinin klinik sınaqlarını müzakirə edəcək.
“RİA Novosti”nin məlumatına görə, bu barədə “R-Pharma”nın təsisçisi və direktorlar şurasının sədri Aleksey Repik deyib.
Onun sözlərinə görə, proqram yalnız Rusiyada deyil, bir sıra ölkələrdə də inkişaf etdiriləcək:
“Hazırda biz klinik tədqiqat layihəsini müzakirə etmək üçün Azərbaycan Respublikasına uçuruq, Yaxın Şərq ölkələri, Müstəqil Dövlətlər Birliyinin digər ölkələri də iştirak edə bilər”, - deyə “R-Pharma”nın təsisçisi bildirib.
“İlk növbədə, əlbəttə “Sputnik” peyvəndi istehsalı üçün lazım olan yeni birləşmənin (“AstraZeneca” peyvəndi ilə) klinik tədqiqatları, həmçinin Azərbaycan Respublikasının ixtisaslaşdırılmış tibbi gücündən, əczaçılıq qabiliyyətlərindən istifadə imkanlarıdır. Təbii olaraq bu barədə də danışacağıq”.