12 
Yan
2021
16:14
19
429
8583
Virtual karabakh

Bakıda qadın sığınacağına hücum: Xəsarət alan var - YENİLƏNİB

12 Yan, 2021
16:14
8583

Bakıda qadın sığınacağına hücum: Xəsarət alan var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Bakıda qadın və uşaq sığınacağına hücumla bağlı məlumat yayıb. 

Bununla bağlı Oxu.Az-a DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev danışıb. 

O bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub, hazırda araşdırma aparılır. 

İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verib.

15:36

Bakıda qadın və uşaq sığınacağına hücum olub.

Bununla bağlı Oxu.Az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib.

Sığınacaqda qalan qadınlardan birinin ailə yaxınları birliyə hücum edib. 

Hadisə nəticəsində xəsarət alan var. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri