13 
Yan
2021
16:36
82
863
10025
Virtual karabakh

Azərbaycan Ordusunun şəhid olan əsgəri Xaçmazda dəfn olunub - YENİLƏNİB + FOTO

13 Yan, 2021
16:36
10025

Azərbaycan Ordusunun şəhid olan əsgəri Xaçmazda dəfn olunub - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri İkram Məmmədov dəfn edilib.

Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlunun nəşi Xaçmaz rayonuna gətirilib. Şəhid doğulduğu Çiləgir kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

10:08

Vətən müharibəsində itkin düşən daha bir hərbçinin şəhid olması xəbəri gəlib.

Ötən ilin iyul ayının 13-də həqiqi hərbi xidmətə yollanan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan uzun müddət xəbər olmayıb. O, sonuncu dəfə oktyabrın 9-da evə zəng vurub, döyüşə gedəcəklərini bildirib. 

İ.Məmmədov və bir neçə silahdaşı oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

İ.Məmmədov bu gün doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Çiləgir kəndində dəfn olunacaq.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri