25 
Yan
2021
12:09
13
71
2140
Virtual karabakh

Pandemiya dövründə məhkumların vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

25 Yan, 2021
12:09
2140

Pandemiya dövründə məhkumların vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiya dövründə cəzaçəkmə müəssisələrində məhkumların vəziyyəti ilə bağlı ciddi tədbirlər görülüb”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, qanunun icrası qüvvəyə mindiyi gündən bu yana 1 884 məhkumla bağlı sənədlər baxılması üçün məhkəməyə təqdim edilib: 

“Müraciətlərin 91 faizinə baxılıb. Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı 01.05.2020-cı il tarixli Qanunun icrası çərçivəsində penitensiar və probasiya xidmətləri üzrə 334 məhkum tamamilə cəzadan azad edilib, 591 məhkumun isə cəza müddəti azalıb. Azadlığa buraxılan məhkumlar arasında 8 ayrı ölkənin vətəndaşı olub. Onlardan 12-si qadın, 2-si yetkinlik yaşına çatmayan, 269-u isə hərbi cinayətləri törədən şəxslərdir.

Cəzadan azad edilmiş məhkumlar tərəfindən qanunun icrası nəticəsində 115 min manat dövlətə və vətəndaşlara ziyan ödənilib. Penitensiar Xidmətdə yaradılan komissiya pandemiya şəraitinə baxmayaraq, işini davam etdirib.

Bundan başqa 2072 məhkum şərti azadlığa buraxılıb. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə 472 nəfər keçirilib. Həkim ekspert komissiyasının rəyinə görə isə 10 məhkum azadlığa buraxılıb. 

Pandemiya dövrünü nəzərə alaraq, ötən ilin sonuna qədər penitensiar xidmətin nəzdində olan məntəqələrdə 906 şəxsin həbs qətimkan tədbiri dəyişdirilib və onlar azadlığa buraxılıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri