26 
Yan
2021
13:41
23
299
5968
Virtual karabakh

Bakıda yol çökdü: Araşdırma aparılır - YENİLƏNİB+VİDEO

26 Yan, 2021
13:41
5968

Bakıda yol çökdü: Araşdırma aparılır - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu Ümid Əkbərov 38 ünvanında yolun bir hissəsində baş verən sürüşmə zamanı qaz xəttində sızma qeydə alınmayıb. 

Bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” İB-nin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib. 

O bildirib ki, hadisə yerinə qurumun əməkdaşları tərəfindən baxış keçirilib:

“Sürüşmə qeydə alınan ərazidə qaz xəttinin dayağı zədələnib. Zədələnmiş dayağın bərkidilməsi istiqamətində zəruri tədbirlər görülür. Qaz xəttində isə hər hansı zədələnmə və sızma qeydə alınmayıb”.

12:33

Paytaxtın Yasamal rayonu ərazisində yolun bir hissəsi çöküb.

Söhbət rayonun Ümid Əkbərov 38 ünvanından gedir. 

Qeyd olunan ünvanda yolda baş verən sürüşmə nəticəsində ərazidən keçən qaz xəttinə və yüksək gərginlikli yeraltı elektrik xəttinə də ziyan dəyib.

Baş verən hadisənin səbəbini öyrənmək məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İcra Hakimiyyətindən Oxu.Az-a bildiriblər ki, sözügedən əraziyə baxış keçirilib:

“Məlumatımız var. Məsələ araşdırılır və yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri