27 
Yan
2021
11:06
69
7
1046
Virtual karabakh

“Quşçu” vulkanının püskürməsi yeni aktivləşmələrə səbəb olacaq? - AÇIQLAMA

27 Yan, 2021
11:06
1046

“Quşçu” vulkanının püskürməsi yeni aktivləşmələrə səbəb olacaq? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şamaxı rayonunun Quşçu kəndi ərazisindəki vulkan heç bir aktivliyi müşahidə olunmayan bir nöqtədən püskürüb”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.

Onun sözlərinə görə, ərazidəki vulkanın püskürməsinə ətrafda hansısa rayonda baş verən zəlzələ səbəb olub:

“Bu vulkan Azərbaycanın aktiv vulkanlarından biridir. Onun püskürmə səbəbi ətraf zonalarda artan seysmik aktivliyin rolu ilə bağlı ola bilər. Fikrimcə, “Quşçu” vulkanın püskürməsi digər vulkanların aktivləşməsinə səbəb olmayacaq”.

O qeyd edib ki, ərazilərdən götürülən süxurlar və neftli qumdaşları tədqiqat üçün laboratoriya təqdim edilib:

“Sözügedən vulkan 2018-2019-cu illərdə ardıcıl püskürmə olan yerdən 700 m məsafədə yerləşir. Aktivləşən palçıq axınları üç hektar ərazini əhatə edib. Yer səthinə çıxan süxurların nisbətən qatı olması palçıq kütləsinin daha böyük əraziyə yayılmasını məhdudlaşdırıb”.

Qeyd edək ki, “Quşçu” vulkanının yeni püskürməsi baş verən eruptiv zonası rayonun bir neçə mülkiyyətçisinin təsərrüfat sahəsini əhatə edib. Həmin zonada əkin işləri həyata keçirənlər ərazidə aktiv vulkan ocağının yerləşməsi haqqında məlumatları olmayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri