25 
Fev
2021
11:57
157
25
1766
Virtual karabakh

AzTV tarixi qətlləri araşdıracaq - VİDEO

25 Fev, 2021
11:57
1766

AzTV tarixi qətlləri araşdıracaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Televiziyasında yeni layihə start götürür.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Qətl planı” adlı yeni televiziya layihəsi bədii-sənədli filmlər silsiləsindən ibarətdir.

Çəkiləcək bədii-sənədli filmlərin qəhrəmanları faciəvi ölümü ilə tarixə düşmüş ictimai-siyasi, mədəniyyət və elm xadimləri olacaq. 

Filmlər sözügedən şəxsiyyətlərin ölüm səhnələri ilə başlayacaq və sanki onların həyatının sonundan əvvəlinə doğru ekskurs ediləcək.

Bəzi şəxsiyyətlərin müəmmalı ölümü tarixi detektiv üslubda araşdırılacaq və müxtəlif fərziyyələr irəli sürüləcək. 

“Qətl Planı” fevralın 25-i saat 21:30-da AzTV-də yayımlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri