25 
Fev
2021
21:33
453
14
865
Virtual karabakh

ABŞ-da Xocalı həqiqətlərini əks etdirən avtomobil küçələrdə hərəkət edəcək

25 Fev, 2021
21:33
865

ABŞ-da Xocalı həqiqətlərini əks etdirən avtomobil küçələrdə hərəkət edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədi ilə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində üzərində faciəyə dair faktları əks etdirən rəqəmsal plakatlı xüsusi avtomobil küçələrdə hərəkət edir.

Bu barədə “Report”a ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov məlumat verib.

O bildirib ki, layihə ACMA-nın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Rəqəmsal plakatlarda Xocalıda ermənilərin törətdiyi qanlı cinayətlər haqqında məlumatlar və həmin tarixin şəkilləri nümayiş olunur.

F.Məmmədovun sözlərinə görə, xüsusi maşın fevral ayının 25-dən 27-nə kimi şəhərdə insanların sıx yaşadığı yerlərdən, mərkəzi küçələrdən və meydanlardan keçəcək və ABŞ ictimaiyyətini Xocalıda ermənilərin törətdiyi soyqırım haqqında məlumatlandıracaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri