Mar
2021
17:57
139
22
1500
Virtual karabakh

Daşqından sonra inşa olunan yeni evlərin qazlaşdırılması başa çatdı - FOTO

2 Mar, 2021
17:57
1500

Daşqından sonra inşa olunan yeni evlərin qazlaşdırılması başa çatdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşqın zamanı zərər görən evlərin yerində inşa olunan yeni evlərin qazlaşdırılması başa çatdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, 2010-cu ildə Kür çayının daşması nəticəsində Salyan şəhəri, Ə.Quliyev küçəsində zərər görən evlərin əvəzində dövlət tərəfindən inşa edilərək sakinlərə təhvil verilmiş evlərin qazlaşdırılması ilə əlaqədar bu ilin yanvar ayında başlanılan tikinti-quraşdırma işləri yekunlaşıb.

“Gilan evləri” adlanan yeni massivdə mövcud olan 118 fərdi yaşayış evinin 10-u indiyədək sakinlərin öz vəsaiti hesabına qazlaşdırılıb. Digər 108 fərdi yaşayış evindən ibarət yeni yaşayış massivinin qazlaşdırılması üçün iki pilləli sistem əsasında ümumi uzunluğu 4 341 metr olan müxtəlif diametrli yerüstü polad boru ilə qaz xətləri çəkilib. Hər bir fərdi yaşayış evinə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, qaz açılışı təmin olunan “Gilan evləri” adlanan yeni yaşayış massivində Vətən müharibəsində şəhid olan Famil Hicran oğlu Camalzadənin ailəsi də yaşayır. Onların da fərdi yaşayış evi qazla təchiz olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri