21 
Okt
2014
09:30
44
7
1770
Virtual karabakh

Azərbaycanda Təbiət Tarixi Muzeyi yaradılacaq

21 Okt, 2014
09:30
1770

Azərbaycanda Təbiət Tarixi Muzeyi yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlham Əliyev müvafiq konsepsiyanı təsdiq edib.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, fərmana əsasən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində qeyri-kommersiya hüquqi şəxs statusuna malik Azərbaycan Respublikasının geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyi yaradılacaq.

Bu tip muzeylərin əsas məqsədi ölkə ərazisində həyatın yaranması tarixini, ölkənin geoloji keçmişini, bənzəri olmayan flora və faunasını, həmçinin konkret coğrafi şəraitdə insanın formalaşması və mədəni inkişafı tarixini, qədim və müasir dövrlərdə ekoloji şəraiti nümayiş etdirməkdir.

Muzeydə Azərbaycanın xəritəsi üzərində palçıq vulkanlarının yerləşmə sxeminin, fəaliyyətdə olan, sönmüş, gömülmüş, neftçıxaran, sualtı, ada palçıq vulkanları, o cümlədən Daşgil, Torağay, Böyük Kənizdağ kimi vulkanlar barədə məlumatlar olan stendlərin, vulkan püskürməsini əks etdirən maket, lava, vulkan külü, vulkan tozu və vulkanik süxurların nümayiş etdirilməsi, Azərbaycan faunasının müxtəlifliyini əks etdirən heyvanların yayılma arealını və yaşam tərzini səciyyələndirən spesifik növlərin müqəvvalarından ibarət eksponatların, Xəzərin su bioresurslarını əks etdirən akvariumun yerləşdirilməsi, Azərbaycanın geoloji tarixini, eyni zamanda təbiətini və təbii sərvətlərini təcəssüm etdirən interaktiv eksponatların və ekspozisiyaların nümayiş etdirilməsi üçün uyğun məkan və şəraitin yaradılması nəzərdə tutulur.

Muzeyə gələn qonaqlar (respublika vətəndaşları və əcnəbilər) Azərbaycanın müasir unikal flora və faunası ilə tanış ediləcəklər.

Bundan başqa, muzeydə şagirdlər və tələbələrə, müəllim və elmi işçilərə mühazirələrin oxunması, seminar və olimpiadaların təşkili planlaşdırılır.  

Konsepsiyaya əsasən, layihənin həyata keçirilməsi üçün dövlət vəsaitləri ilə yanaşı, xarici və yerli investorlar da cəlb ediləcək

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri